Bu Veb səhifə Fərrux Qasımov tərəfindən Kodart lahiyəsi üçün hazırlanmışdır.
KREDİTLƏR ♣Əzələ sistemi
Əzələ sistemi -> Əzələ sistemi canlıya hərəkət etmək qabiliyyətini təmin edən sistemdir. Əzələ toxumasının hər
növü (saya, eninəzolaqlı skelet və ürək) yığılma və boşalma qabiliyyətinə malikdir. Bunun nəticəsində orqanizm
müxtəlif hərəkətlər edə bilir. Əzələ sistemi onurğalılarda sinir sisteminin nəzarəti altında olsa da , bəzi əzələlər
(məsələn, eninəzolaqlı ürək əzələsi ) tamamilə avtonom yəni qeyri-iradi şəkildə işləyə bilər.
Ürək əzələsi -> Ürək əzələsi ürəyin qalın, qüvvətli və əhəmiyyətli qişasıdır. Ürək əzələsi quruluş baxımından
eninəzolaqlı əzələlərə bənzəsə də, əzələ liflərinin mövqeyinə görə bəzi fərqlər göstərir. Həm də saya əzələlər
kimi, avtonom(qeyri-iradi) hərəkət edir.
Ürəyin qulaqcıqların əzələ qişası iki qatdan təşkil olunmuşdur: səthi və dərin. Səthi əzələ qatı köndələn əzələ
liflərindən ibarət olub, hər iki qulaqcığı əhatə edir. Dərin qat isə hər qulaqcıq nahiyəsində müstəqildir,
ilgəyəbənzər və həlqəvi liflərdən ibarətdir. Qulaqcıqlar sistola etdikdə həlqəvi liflər yığılaraq, büzücü əzələ
kimi, venaların ağzını möhkəm sıxırlar və nəticədə qulaqcığın sistolası zamanı qanın venalara qayıtmasına mane
olurlar.
Mədəciklərin əzələ qişası üç qatdan ibarətdir: səthi-boylama, orta-həlqəvi və dərin boylama qat. Bunların gördüyü
iş qulaqcıqlarınkından olduqca artıqdır; qulaqcıqların vəzifəsi ağciyərlərdən və bədəndən qanı alıb mədəciklərə;
sağ mədəciyin vəzifəsi onlara gələn qanı kiçik qan dövranına, sol mədəciyin vəzifəsi isə — böyük qan dövranına
verməkdir. Sol mədəciyin divarı soğ mədəciyin divarından üç dəfə qalındır (sol mədəciyin divarının qalınlığı
10–15 mm, sağ mədəciyin isə 3–5 mm-ə bərabərdir). Bunun səbəbi mədəciklərin vəzifəsi ilə əlaqədardır. Sol
mədəcik qanı böyük dövrana (uzaq məsafəyə) və sağ mədəcik kiçik dövrana (yaxın məsafəyə) yeritdiyi üçün,
təbii ki, sol mədəcik sağdan qüvvətli olmalıdır.
Əzələ növləri
Zolaqlı skelet əzələsi -> Eninəzolaqlı əzələ hüceyrələri, uzun və silindr şəklində hüceyrələrdir. Bir əzələ teli
boyunca birdən çox nüvə mövcud olur. Əzələ hüceyrələrinin sərhədləri müəyyən deyil və sitokinez (sitoplazma
bölünməsi) görülmür. Beynin idarəsində, iradi çalışırlar. Düz kassa nisbətlə daha sürətli sıxılırlar.
Oynaq qıçlılardakı əzələlər bu tipdəndir. Eninəzolaqlı əzələ liflərində açıq və tünd bantlar, xüsusi zülalların
fərqli nizamda sıralanmasından meydana gələr. Bu zülallar aktin (açıq) və miyozin (tünd) dir. eninə zolaqlı
əzələ toxuması mənşə quruluş prinsipi və funksional cəhətdən saya əzələ toxumasından fərqlənirmezenximdən
inkişaf eden sayatoxumasından fərqli olaraq eninəzolaqlı əzələ toxuması mezodermaadan inkişaf edir Eninə
zolaqlı əzələ toxumasının inkişafı rüşeymi həyatın erkən mərhələlərində başlayır.
Saya əzələsi -> Hamar əzələ olaraqda adlanan saya əzələlər qeyri iradi çalışarlar. Sıxılmaları yavaş və
nizamlıdır. Bunlarda yığılma və boşalma eninəzolaqlıya nisbətən gec olur. Onlar bağırsaqlar, mədələr, arteriyalar
və damarlar kimi orqanların strukturunda olur. Bunlarda hamar təqəllüs müşahidə edilir. Onurğalılarda həzm,
tənəffüs, dövran, artıma və boşaldam sistemlərinin divarların tapılar. Oynaq qıçlılar xaric, onurğasız heyvanlar
düz əzələlərə malikdir. Hər hüceyrədə bir dənə nüvə əzələsi mövcuddur.