Bu Veb səhifə Fərrux Qasımov tərəfindən Kodart lahiyəsi üçün hazırlanmışdır.

KREDİTLƏR ♣

İnsanın Həzm sistemi ☠

Həzm sistemi

sekil

İnsanın həzm sisteminin quruluşu

Həzm sistemi -> Həzm sistemi qəbul edilən üzvi və qeyri-üzvi maddələrin bədənə faydalı hala gətirən orqanlar
sistemidir. Yediyimiz qida maddələri həzm orqanlarında fiziki və kimyəvi dəyişikliyə uğrayır , orqanizm tərəfindən
mənimsənilir. Qida maddələrinin bu cür dəyişilməsi və hüceyrələrə daxil olması həzm adlanır. Həzm edilən
qidalar, insanın inkşaf edib böyüməsi üçün mühimdir. Həzm edilə bilməyən və ya yararsız qida fermentləri
ifrazat sisteminə ötürülüb bədəndən xaric edilir.

Həzm sistemi həzm kanalı və kanal xaricində olan həzm vəzilərindən ibarətdir.

Kanaldan kənarda yerləşən həzm vəziləri

Vəzilər -> Vəzilərə üç cüt ağız suyu vəzisi, qaraciyər və mədəaltı vəzi aiddir. Ağız suyu vəziləri qulaqətrafı,
çənəaltı və dilaltı olmaqla üç cütdür. Ağızda qida ağız suyu vəzilərinin buraxdığı ağız suyu ilə islanır və ağız suyu
tərkibində olan fermentlərin təsiri altında müəyyən qədər parçalanmağa başlayır.

Qaraciyər öd ifraz edir ki, bu da öd kisəsinə toplanaraq, oradan onikibarmaq bağırsağa tökülür. Öd yağların
parçalanmasına və sorulmasına güclü təsir edir. Qaraciyər həzmdə iştirakından başqa baryer (toplamaq) roluna
da malikdir. O ödlə birlikdə orqanizmdən müxtəlif zərərli birləşmələri ayırıb xaric edir. Qaraciyərdə, həmçinin,
karbohidratlar- nişasta (qlikogen) ehtiyat bir məhsul kimi saxalanılır. Qaraciyərdə embrion dövründə qırmızı
qan kürəcikləri əmələ gəlir. Qaraciyər ən iri həzm vəzlərindən olub, çəkisi 1,5–2 kq qədər. O sağ tərəfdə
diafraqmanın və qabırğaların altında yerləşir. Gün ərzində 500 – 1200 ml öd hazırlayır. Öd zəif qələvi reaksiyaya
malikdir. Öd yağların daha kiçik hissələrə parçalanmasını və sorulma-sını asanlaşdırır. Bağırsaq şirəsi və
mədəaltı vəzinin şirəsi fermentlərin fəallığını artırır. Qaraciyər bağırsaqlardan qana sorulan zəhərli maddələrin
95%-ə qədərini zərərsizləşdirir, ammonyakı sidik cövhərinə çevirir.

Mədəaltı vəz Onikibarmaq bağırsağın böyük vəzilərindən ikincisidir. Mədəaltı vəz uzunsov olub,
daxiliarakəsmələr ilə bir neçə hissəyə bölünür. Onların axzarları iki böyük axarda birləşərək onikibarmaq
bağırsağa açılır. Bu vəzin ifraz etdiyi şirə bir çox fermentlərə malikdir. Bu fermentlər bütün qidanın tərkibinə təsir
göstərir. Mədəaltı vəzdə tripsin, amilaza və lipaza fermentlər sintez olunur. Mədənin arxasında, onikibarmaq
bağırsağın əyrisində çəkisi 70–100 q, uzunluğu 12–15 sm olan mədəaltı vəzi yerləşir. Vəzin axarı ilə həzm şirəsi
onikibarmaq bağırsağa açılır. Nazik bağırsaq şirəsinin mühiti qələvi reaksiyaya malik olub, mədədən daxil olan
turş qida mühitini neytrallaşdırır.

Həzm kanalı

sekil

Qaraciyər

Həzm kanalı -> Ağız boşluğu həzm kanalının ön hissəsini təşkil edir. Qəbul olunan qidalar burada dişlər vasitəsi
ilə çeynənir və fiziki dəyişikliyə uğrayır, ağız suyunda kı fermentlər tərəfindən kimyəvi reaksiyaya uğrayır. Ağız
boşluğundan qida dil vasitəsilə udlağa ötürülür.

Udlaq, həzm kanalının ikinci hissəsini təşkil edərək, burun və ağız boşluqları ilə qırtlağın arxasında yerləşmişdir.
Udlağın uzunluğu 12–15 sm və eni 4,5sm-ə bərabərdir. Udlağın vəzifəsi qidanı ağız boşluğundan qida borusuna
və havanı burun boşluğundan qırtlağa keçirməkdir. Burada həzm kanalı tənəffüs yolu ilə çarpazlaşır. Qida sonra
qida borusuna duşür. Onun divarları dalğavari yığılaraq qidanı mədəyə otürür. Qida borusunun uzunluğu 25sm
və eni 1,5–2 sm-ə bərabərdir.

Mədə orta yaşlı insanda uzunluğu 21–25 sm, diametri ən geniş hissəsində 12–14 sm və tutumu 3 litrdir.
Mədənin forması çox müxtəlifdir. Boş olduqda bağırsaq şəklini alır, əksər hallarda retortaya, və ya armuda
bənzəyir. Mədə divarı üç qatdan: xarici birləşdirici toxumadan(epitel qatından), əzələli və daxili selikli
qişadan ibarətdir. Selikli qişada çoxlu vəzlər yerləşir və onlar mədə şirəsi ifraz edir. Mədədə qidalı
maddələrin parçalanması prosesi mədə şirəsinin təsiri altında davam edir. Həzm olunmaqda olan bir neçə
saat şirənin təsirinə məruz qalır. Sonra qida nazik bağırsağın onikibarmaq bağırsaq hissəsinə keçir.

sekil

Mədə

Həzm kanalının ən genişlənmiş torbayabənzər hissəsi olub, həcmi 0,5–3 litrə bərabərdir. Mədə qarın boşluğunun
sol tərəfində diafraqmanın altında yerləşir. Həzmin gedişi mədədə 4–8 saat davam edir. Mədənin divarı 3
qatdan – xaricdə birləşdirici toxumadan, ortada saya əzələ toxumasından və daxildə selikli qişadan
qurulmuşdur. Mədənin yuxarıda kiçik girəcəyi, aşağıda böyük əyriliyi və çıxacaq hissəsi var. Qida
borusunun mədəyə açılan hissəsinə onun girəcəyi, onikibarmaq bağırsağa keçən hissəsinə sfinktor hissə
deyilir. Mədə şirəsinin tərkibində fermentlər(pepsin, ximozin, lipaza), xlorid turşusu, seliyəbənzər maddələr
vardır. Mədə divarının yığılması sayəsində qida mədə şirəsi ilə daha yaxşı qarışır, bu isə onun həzm olunmasını
asanlaşdırır. Mədədə selik ifraz edən əlavə hüceyrələr də vardır. Selik mədənin divarını pepsin fermentinin və
xlorid turşusunun dağıdıcı təsirindən qoruyur. Mədənin onikibarmaq bağırsağa açılan hissəsində olan sfinktor
açılaraq yarım qarışdırılmış qida möhtəviyyatı-nı hissə-hissə bağırsağa ötürür. Mədədə həzm mədə şirəsinin
təsiri altında gedir. Sutkada 2–2,5 litr mədə şirəsi ifraz olunur.

Nazik bağırsaq mədə çıxacağından başlayaraq kor bağırsağa açılır. Uzunluğu orta hesabla 7–8 metrdir, yəni
həzm kanalının ən uzun hissəsidir.

Selikli qişasında çoxlu xırda vəzlər yerləşir. Bunlar bağırsaq şirəsi ifraz
edir. Nazik bağırsaqda qida maddələrinin parçalanması prosesi demək olar ki, başa çatır və parçalanma
məhsulları qana sorulur. Nazik bağırsağın ön hissəsi olan onikibarmaq bağırsağa iki böyük vəzin: mədəaltı
və qaraciyərin axacaqları açılır. Bu vəzlərin buraxdığı şirə onikibarmaq bağırsağa tökülür və qidanın
həzmində iştirak edir. Nazik bağırsağın divarı bir neçə qatdan və qişalardan ibarətdir.

Nazik bağırsaq 3 hissədən ibarətdir: birinci – onikibarmaq, ikinci – acı, üçüncü – qalça bağırsaq. Nazik
bağırsağın daxili səthi xovlarla örtüldü-yü üçün məxmər kimi olur. 1 sm2-da olan 2500-ə qədər xov nazik
bağırsaqların selikli qişasının sorma səthini artırır. Xovların divarları birqat epitel toxuması ilə örtülmüşdür.
Hər bir növ xov hüceyrəsi 3000-ə qədər mikroxovcuqlara malikdir. Hər xova qan və limfa damarı daxil olub,
burada kapilyar tor əmələ gətirir.

Onikibarmaq bağırsağın uzunluğu 25–30 sm, diametri 3–5 sm bərabərdir. Onikibarmaq bağırsağa qaraciyər
və mədəaltı vəzin axarları açılır. Su, aminturşular, qlükoza, qliserin və monosaxaridlər xovların qan
kapilyarlarına sovrulur və bütün orqanizmə aparılır. Nazik bağırsaqlar yoğun bağırsaqlara keçir.

Yoğun bağırsaq• 1.5 metr uzunluğunda olub, üç hissəyə bölünür: kor bağırsaq, çəmbər və düz bağırsaq.
Zahiri forması uzun konusa bənzəyir, eni yuxarıda 7, aşağıda 4 sm-ə çatır. Nazik bağırsağın yoğun bağırsağa
keçdiyi yerdə torbayabənzər kor bağırsaq yerləşir. Kor bağırsaqdan aşağıya doğru soxulcanabənzər çıxıntının
(latınca: appendix) iltibahı həyati təhlükəlidir. Orqanizmdə həzm olunmayan qida qalıqları yoğun bağırsağa
toplanır. Burada qidanın həzm olunmayan hissəsi tədricən susuzlaşdırılır. Əmələ gəlmiş nəcis düz bağırsaqdan
xaricə atılır. Yoğun bağırsaqda xovlar olmur. Yoğun bağırsaqda gün ərzində 1 litrə qədər suyun və mineral
maddələrin sorulması baş verir. Bundan başqa zülal qalıqlarının çürüməsi nəticəsində əmələ gələn bir sıra
zəhərli maddələr qana sorulub, həmin qanla qaraciyərə daxil olan qapalı venası ilə ora daxil olur və orada
zərərsizləşdirilir. Yoğun bağırsaqda mikroorqanizmlər olur. Mikroorqanizmlərin içərisində bağırsaq çöpləri
üstünlük təşkil edir.

Yoğun bağırsağın mikroflorası həll olunmayan qida qalıqlarını, eyni mənşəli qidaları parçalayır. B və K
qrupundan olan vitaminləri sintez edir, xəstəliktörədən mikrobların fəaliyyətini dayandırır və maddələr
mübadiləsində fəal iştirak edir. Lazımsız qida möhtəviyyatının 130–150 q-ı sorulmaya uğramır və düz bağırsaq
vasitəsilə xaric olur.