Bu Veb səhifə Fərrux Qasımov tərəfindən Kodart lahiyəsi üçün hazırlanmışdır.
KREDİTLƏR ♣Tənəffüs yolu
Tənəffüs sistemi -> Tənəffüs sistemi orqanları sayəsində tənəffüs edirik və buna görə bədənin bütün toxuma və
orqanları fasiləsiz sürətdə oksigenlə təmin olunur və maddələr mübadiləsi prosesində yaranan karbon qazı
orqanizmdən uzaqlaşdırılır. Hüceyrələrə oksigen qazını çatdıran və onlardan karbon qazını aparan qandır.
Qanla atmosfer havası arasında baş verən qazlar mübadiləsi tənəffüs orqanlarında gedir. Havaaparıcı yollar və
ağciyərlər insanın tənəffüs orqanlarına aiddir. Burun boşluğu, burun-udlaq, qırtlaq, nəfəs borusu və bronxlar isə
havaaparıcı yollara aiddir.
Tənəffüs orqanları müdafiə funksiyası daşıyır. Havadaşıyıcı yolların üzəri tərkibinə
külli miqdarda xüsusi hüceyrələr və vəzlər daxil olan selikli qişa ilə örtülmüşdür. Onların ayırdığı selik
tənəffüs yollarının səthini nəmləndirir. Bu selik maddəsi bakteriosid təbiətli olub, tərkibinə lizosomlar daxildir.
Lizosomlar hava da olan potensiyal bakteriyaların çoxalmasını zəiflədir və ya onlara öldürücü təsir göstərir.
Havadaşıyıcı yolların boşluğu çoxlu sayda qan kapillyarları ilə əhatə olunduğuna görə tənəffüs edilən soyuq
havanın burada isinməsi təmin olunur. Ona görə də ağciyərlərə bakteriyalardan və yad hissəciklərdən azad
olunmuş və isinmiş təmiz hava daxil olur. Tənəffüs prosesinin gedişi bir neçə mərhələyə ayrılır, Xarici mühit və
tənəffüs orqanları arasında gedən qazlar mübadiləsi xarici tənəffüs adlanır, toxuma və qan arasında gedən
qazlar mübadiləsi daxili tənəffüs adlanır.
Nəfəs alan zaman ağciyər və diafraqmanın forması
Ağciyərlər -> Ağciyərlər döş boşluğunda yerləşir, ürəklə birlikdə bu boşluğun içərisini doldurur. Ağciyərlərin üzəri
birləşdirici toxumadan əmələ gəlmiş ağciyər plevrası ilə örtülüdür. Döş boşluğunun daxili səthində isə divaryanı
plevra yerləşir. İki plevranın arasında hava olmur. Sağ ağciyər üç, sol ağciyər iki paydan ibarətdir.
Ağciyərlərin süngərəbənzər quruluşu var. Ona bu formanı verən içərisində olan çoxsaylı alveollardır.
Alveollarda qazlar mübadiləsi həyata keçirilir. Nəfəsalma zamanı udulan atmosfer havasındakı oksigen
qazının bir hissəsi alveolların divarından onu bürüyən kapilyar qan damarlarına keçir. Karbon qazı isə
alveollara daxil olur. Sonra nəfəsvermə baş verir. Alveollardakı karbon qazı ilə zənginləşmiş hava
atmosferə çıxır.
Nəfəsalma və nəfəsvermə hərəkətinin mexanizmi -> Nəfəsalma və nəfəsvermə hərəkətləri ritmik surətdə
bir-birini əvəz edir və bunun sayəsində nəfəsalma zamanı hava ağciyərlərə daxil olur və nəfəsvermə zamanı isə
hava ağciyərlərdən xaric edilir. Nəfəsalma və nəfəs-vermə nəticəsində ağciyərlərin ventilyasiyası baş verir.
İnsan sakitlik vəziyyətində bir dəqiqədə 16 – 20 dəfə tənəffüs hərəkətləri edir. Bu zaman nəfəsalmanın
yaranması qabırğaarası əzələlərin və diafraqmanın yığılması sayəsində mümkün olur. Diafraqma qarın və döş
boşluqlarını ayıran eninəzolaqlı əzələdir. Diafraqma yığılarkən qarın boşluğu orqanlarını aşağıya doğru sıxır,
qabırğaarası əzələlər yığıldığı üçün qabırğaları bir qədər yuxarıya qaldırır və bu zaman döş qəfəsinin,
təbii ki, plevra boşluğunun da həcmi genişlənir. Həcmi genişləndiyinə görə plevra boşluğunda təzyiq yenə də
aşağı düşür. Bu isə ağciyərlərdə, bronxlarda və alveollarda təzyiqin xeyli aşağı düşməsinə səbəb olur.
Plevra boşluğunda təzyiqin atmosfer təzyiqi ilə müqayisədə xeyli aşağı olması, havadaşıyıcı yollardan
havanın ağciyərlərə sorulması ilə nəticələnir.
Diafraqma əzələsi yastılaşır və qabırğalar öz ağırlığı hesabına aşağı enir. Döş qəfəsinin ölçüləri özünün
adi həcminədək azalır. Bu zaman ağciyər qovuqcuqlarının və bronxların elastiki divarı yığıldığına görə,
onların həcmi azalır. Deməli, nəfəsvermə zamanı döş boşluğunun ölçüləri azalır, ağciyər alveollarında təzyiq
atmosfer təzyiqindən yüksək olur. Nəticədə, havanın bir hissəsi ağciyərlərdən xaricə qovulur. Güclü
nəfəsvermə qarın divarı əzələlərinin yığılması ilə müşayiət olunur. Bu isə dərindən nəfəsalma zamanı
ağciyərlərə daxil olmuş havanın ağciyərlərdən xaricə çıxarılmasına imkan verir.