Bu Veb səhifə Fərrux Qasımov tərəfindən Kodart lahiyəsi üçün hazırlanmışdır.

KREDİTLƏR ♣

İnsan anatomiyası ☠

Anatomiya nədir?

sekil

Insanın əzələvi quruluşu

Anatomiya (yunanca "anatemno" - yarmaq) - orqanların forma və quruluşunu, sistemini və ümumilikdə
orqanizmi öyrənən elm sahəsidir. Bu qədim elm sahəsinin inkşafı, insanlıq tarixi və tibb elminin inkşafı üçün
mühüm rol oynayıb. Anatomiya, Morfologiya elminin bir qoludur, və, müvafiq olaraq orqanizmlərin və onların
hissələrinin funksiyasını öyrənən Fiziologiya elmi ilə yanaşı öyrənilir.Anatomiya mürəkkəb və dinamik bir sahədir
və daim inkişaf edir.

Son illərdə texnologiyanın inkşafı ilə bədənin strukturlarının daha ətraflı və dəqiq vizuallaşdırılmasına imkan
verən MRT və CT taramaları kimi qabaqcıl təsvir üsullarının istifadəsi bu elmə təkan vermişdir.

Anatomiyanın öyrənilməsi, insan orqanının orqanlarının və strukturlarının funksiyalarının mütərəqqi şəkildə dərk
edilməsiilə xarakterizə olunur. Sahənin öyrənilməsi və metodlar, heyvan və insan cəsədləri üzərində aparılan
müayinələrdən, rentgen , ultrasəs və maqnit rezonans görüntüləmə də daxil olmaqla 20-ci əsrin tibbi görüntüləmə
üsullarına qədər irəliləyərək kəskin şəkildə təkmilləşdi və bugünkü tibb texnologiyalarına çatdı.

İnsan anatomiyası

sekil

Leonardo da Vinçinin insan bədəninin proporsiyalarını göstərən eskizi.

İnsan anatomiyası ilk növbədə insan bədəninin morfologiyasının elmi tədqiqidir. İnsan orqanizmi
orqanlardan , orqanlar sistemindən , toxumalardan və hüceyrələrdən ibarət olan bioloji sistemlərdən ibarətdir.
Başqa şəkildə desək İnsan bədəni orqanlar sistəmindən,orqanlar sistemi orqanlardan,orqanlar toxumalardan,
toxumalarda canlı quruluşunun ən kiçik vahidi olan hüceyrələrdən ibarətdir. Anatomiyanın tarixi uzun müddət
orqanizmin orqan və strukturlarının funksiyalarının daim inkişaf edən anlayışı ilə xarakterizə olunur. Heyvanların
tədqiqindən, təzə və qorunub saxlanılmış cəsədlərin parçalanması və araşdırılmasından 20-ci əsrdə hazırlanmış
texnoloji cəhətdən mürəkkəb üsullara qədər inkişaf etmişdir. İnsan anatomiyası, fiziologiyası və biokimyası əsas
tibb elmləri dir.

Əzələlərin və sümüklərin hərəkətlə necə işləməsi və deformasiyası haqqında əsas anlayışlar insan fiqurunu
çəkmək, rəngləmək Əvvəlki dövrdə ki insanlarıda maraqlandırırdı. Hətta məşhur rəssam Leonardo Da Vinçi
insan anatomiyasını daha yaxşı başa düşmək yolu ilə sənətini təkmilləşdirməyə çalışırdı. Bu prosesdə o,
həm insan anatomiyasını, həm də onun sənətdə təmsilini inkişaf etdirdi. Məşhur "The Vitruvian Man" rəsmi
L. Da Vinçi tərəfindən anatomiya sahəsini təkmilləşdirmək məqsədi ilə çəkilib.

Orqanlar sistemi

Bir neçə orqan birləşərək ümumi funksiya yerinə yetirir və orqanlar sistemini əmələ gətirir. İnsan orqanizmində
sümük, əzələ, örtük, həzm, qan-damar, tənəffüs, ifrazat, cinsiyyət, endokrin, və sinir sistemləri mövcuddur. Bütün
orqanlar sistemlərinin funksiyaları bir-biri ilə əlaqədar olur. Bununla da insan orqanizminin həyat fəaliyyəti
müntəzəm təmin edilir.

Faydalı nəticələr əldə etmək üçün orqanlar sistemləri müvəqqəti olaraq birlikdə fəaliyyət göstərir. Belə birləşməni
rus alimi Pyotr Kuzmiç Anoxin funksional sistem adlandırmışdır.

1.


Sümük sistemi -> İnsan skeletinin təşkil edən sümüklərin əsas kütləsi sümük toxumasından ibarət olub,
üzəri sümüküstlüyü ilə örtülüdür. Sümük toxuması birləşdirici toxumanın bir növüdür. O, hüceyrəarası
maddə və sümük hüceyrələrindən ibarətdir. Çıxıntılı sümük hüceyrələri toxumanın 1/3 hissəsini təşkil edir.
Sümüyün tərkibində həm üzvi, həm də qeyri-üzvi maddələr vardır. Üzvi maddələr sümüyə elastiklik, mineral
maddələr isə sərtlik verir. İnsan bədənində ümumilikdə 206 sümük var.


2.


sekil

İnsan bədənindəki Əzələlərin növləri

Əzələ sistemi -> Əzələlər dayaq-hərəkət aparatının aktiv hissələrini təşkil edir. Əzələ toxumasının hər üç növü
(saya, eninəzolaqlı skelet və ürək) yığılma və boşalma qabiliyyətinə malikdir. Bunun nəticəsində orqanizm
müxtəlif hərəkətlər edə bilir. Eninəzolaqlı skelet əzələsindən skeletin və bir sıra daxili üzvlərin (dil, udlaq, qırtlaq,
damaq, ürək) əzələləri təşkil olunmuşdur. Skelet əzələləri sümüklərə vətərlər vasitəsilə bağlanır.

Bu əzələlərin yığılması nəticəsində orqanizmin müxtəlif hissələri (baş, gövdə, ətraf) yerini dəyişir, tənəffüs,
çeynəmə, udma, danışma baş verir. İradi hərəkətlər baş beyin və onurğa beyni ilə idarə olunur.

Bir çox daxili orqan saya əzələ toxumasından təşkil olunmuşdur. Onların işi qeyri-iradidir.
Bu orqanların fəaliyyəti avtonom sinir sistemi vasitəsilə və humoral yolla tənzimlənir. Siz onların işləməsini
hiss etmir və idarə edə bilmirsiniz.

Ürək eninəzolaqlı əzələ toxumasının xüsusi növündən əmələ gəlmişdir. Lakin digər eninəzolaqlı əzələlərdən
təşkil olunan orqanlardan fərqli olaraq, ürək əzələsinin işi qeyri-iradidir. Skelet, onun birləşmələri və əzələlər
birlikdə insanın dayaq-hərəkət aparatını təşkil edir.

3.


sekil

Dərinin qatları

Örtük sistemi -> İntegumentar (örtük/dəri) sistem çox vaxt Insan anatomiyasında İnsanın ən böyük orqan sis-
-temidir. Buraya dəri , saç , lələk (heyvanda) , pulcuq (heyvanda), dırnaq , dəri vəziləri və onların məhsulları
( məsələn , tər ) daxildir. Bədəni xarici mühitdən ayırır və bədəni xarici mühitdən qoruyur.

Dəridə, ağız boşluğunun, dilin, udlağın selikli qişalarında olan reseptorlar toxunmanı, təzyiqi, ağrını,
istini, soyuğu hiss edir. Reseptorlarda əmələ gələn oyanmalar hissi sinirlər vasitəsilə dəri hissiyyatı nahiyəsinə
ötürülür. Burada qıcıqların ayırd olunması baş verir. Dərinin 3 əsas qatı var, bunlar Üst qat-Epidermis ,
Əsl dəri-Derma, Ən alt qat-Dərialtı piy qatı.

4.


sekil

Ağciyərlər

Tənəffüs sistemi -> Tənəffüs sayəsində bədənin bütün toxuma və orqanları fasiləsiz sürətdə
oksigenlə təmin olunur və maddələr mübadiləsi prosesində yaranan karbon qazı orqanizmdən uzaqlaşdırılır.

Tənəffüs sistemi orqanları burun, udlaq, qırtlaq, nəfəs borusu, bronxlar,bronxiollar, alveollar və ağciyərlər(əlavə
olaraq plevra)dir.

Ağciyərlər döş boşluğunda yerləşir, ürəklə birlikdə bu boşluğun içərisini doldurur. Ağciyərlərin üzəri birləşdirici
toxumadan əmələ gəlmiş ağciyər plevrası ilə örtülüdür.Sağ ağciyər üç, sol ağciyər iki paydan ibarətdir.
Ağciyərlərin süngərəbənzər quruluşu var. Ona bu formanı verən içərisində olan çoxsaylı alveollardır. Alveollarda
qazlar mübadiləsi həyata keçirilir. Nəfəsalma zamanı udulan atmosfer havasındakı oksigen qazının bir hissəsi
alveolların divarından onu bürüyən kapilyar qan damarlarına keçir. Karbon qazı isə alveollara daxil olur.

Nəfəsalma və nəfəsvermə aktlarına bir yerdə tənəffüs hərəkətləri deyilir. Ortayaşlı adamlarda sakit vəziyyətdə
bir dəqiqədə təqribən 16 tənəffüs hərəkəti baş verir. Tənəffüs hərəkətləri uzunsov beyində yerləşən tənəffüs
mərkəzi və qismən böyük beyin yarımkürələri vasitəsilə tənzimlənir.

5.


sekil

İnsanın həzm sistemi

Həzm sistemi -> Həzm sistemini əmələ gətirən orqanlar ağız boşluğu, udlaq, qida borusu, mədə,
nazik bağırsaq, qalın bağırsaq, düz bağırsaq və anus(köməkçi orqanlar qaraciyər, öd kisəsi və mədəaltı vəzi)dir.

Qəbul edilən qidalar orqanizm üçün çox əhəmiyyətlidir. Onların içərisində su, mineral duzlar,
karbohidratlar, zülallar, yağlar və vitaminlər var. Qida məhsullarının tərkibində bu maddələrin miqdarı fərqlidir.
Onların hər biri bir neçə funksiya yerinə yetirir. Bu isə orqanizmin qorunmasına, böyüməsinə və inkişafına, digər
funksiyaları yerinə yetirməsinə səbəb olur. Məsələn karbonhidratlar bədənin əsas enerji mənbəyidir və ilk həzm
olunan maddədir. Əgər lazımi miqdarda qəbul olunmasa bədən piy və yağ təbəqəsini həzm edir.O yağlar ən çox
enerji verən qida mənbəyidir. Əgər bədəndə yağ bitsə bədən zülalları həzm etməyə başlayır ki bu ölümcüldür və
geri dönüşü olmayacaq şəkildə əzələləri yox etməyə başlayır və hədsiz zəiflik baş göstərir.

Və bu qidaları həzm edən və bədənə faydalı hala gətirən bu sistemin orqanlarıdır. Məsələn qaraciyər öd istehsal
edir yağların parçalanmasına kömək edir mədəaltı vəzi Həzm fermentləri (amilaza, lipaza, tripsin və s. ) və insulin
kimi hormonlar ifraz edir, düz bağırsaq nəcisi və yararsız elementləri yığır və anus yolu ilə bədəndən xaric edir.

6.


sekil

İnsanın ifrazat sistemi

İfrazat sistemi -> İnsan və heyvan orqanizmindən suyu və duzları, maddələr mübadiləsinin son məhsullarını,
eləcə də orqanizmə daxil edilən, yaxud orqanizmdə əmələ gələn zəhərli maddələri xaric edən orqanların
məcmusudur. Orqanizmdə gedən dissimilyasiya (parçalanma) prosesində əmələ gələn və suda həll olan son
məhsullar qana keçir. Bunlar qan vasitəsilə toxumalardan çıxarılıb, müvafiq orqanlara çatdırılır. Həmin orqanlar
bu məhsulları orqanizmdən xaric edir.

Bu sistemin orqanları tər vəziləri, ağciyərlər, qaraciyər, bağırsaqlar, böyrəklərdir. Maddələr mübadiləsi
nəticəsində əmələ gələn lazımsız məhsulların xaric olunması orqanizmin daxili maye mühitini sabit saxlayır.
Bunun nəticəsində orqanizm öz həyat fəaliyyətini sağlam şəkildə davam etdirir. Məs. ağciyərlər tənəffüs
vasitəsiylə karbon qazını bədəndən xaric edir, Bağırsaqlar bədənin həzm olunmayan qida qalıqlarını bədən
xarici edir, böyrəklər su,sidik cövhəri,mineral duzların artığını və bəzi zəhərli birləşmələri sidik şəklində
bədəndən kənarlaşdırır.

7.


sekil

İnsanın Qan-damar sistemi

Qan-damar sistemi -> İnsan bədənində orqanlara və toxumalara qan aparan arterial, vena kapilyar
damarlar mövcuddur. Qan insan bədənində tənzimləyici, müdafiə, tənəffüs və digər müxtəlif funksiyaları yerinə
yetirir.

Qanın tərkibi 55-60% qan plazması və qanın formalı elemenntlərindən ibarətdir. Qanın formalı elementləri
eritrositlər, leykositlər, trombositlərdən, qan plazması isə fibrinogen və qan zərdabından ibarətdir.

İnsanda qanın dövr etməsi və damarların çıxdığı əsas və ən önəmli orqan ürəkdir. Ürək orta döş xəttindən sol
tərəfdə yerləşir. Ortayaşlı insanda onun çəksi təqribən 250-300 qrama bərabər olur. İnsanın ürəyi dörd
kameralıdır. Yuxarı tərəfdə qulaqcıqlar, aşağı tərəfdə isə mədəciklər yerləşir.Ürək qanın hərəkətini tənzimləyən
yorulmaz bir "mühərrik"dir. O öz işini dövri olaraq təkrar edir. Ortayaşlı sağlam insanların nəbz vurğularının sayı
dəqiqədə 70-75 olur.

8.


sekil

Qalxanabənzər vəzi

Endokrin sistemi -> Endokrin sistemi bədənin müxtəlif hissələrində müxtəlif hormonlar ifraz edən və xüsusi
maddələr yaradan vəzilərin meydana gətirdiyi orqanlar sistemidir. Bu hormonlar İnsanın böyüməsi inkşaf etməsi
üçün müxtəlif fəaliyyətlər göstərir. Orqanizmdə müxtəlif sekresiya vəziləri vardır. Onlar ifraz olduğu yerə görə
üç qrupa bölünür.

Epifiz, hipofiz, qalxanabənzər, qalxanabənzər ətraf, çələngəbənzər və böyrəküstü vəziləri daxili sekresiya
vəziləridir və daxili sekresiya vəzilərinin axacaqları yoxdur, ifraz etdikləri bioloji fəal maddələr (hormonlar)
birbaşa qana keçir. Tər, göz yaşı, süd, ağız suyu, piy və digər vəziləri xarici sekresiya vəziləridir, və xarici
sekresiya vəzilərinin ifrazat məhsulları axacaqlarla boşluqlara və ya xaricə ifraz olunur. Mədəaltı, toxumluqlar və
yumurtalıqlar qarışıq sekresiya vəzilərinə aiddir və onlar həm daxili, həm xarici sekresiya vəzisi kimi fəalliyət
göstərə bilir.

9.


sekil

İnsanın sinir sistemi

Sinir sistemi -> Canlılar təkamül etdikcə onlarda qıcığa qarşı yaranan reaksiyalar mürəkkəbləşmiş və nəticədə
həmin reaksiyaları yerinə yetirən və orqanizmin işini qaydaya salan xüsusi elementlər meydana çıxmışdır. Buna
sinir sistemi deyilir. Hər bir canlı orqanizm yaşadığı xarici mühitdən qıcıq qəbul etməyə və həmin qıcığa qarşı
müvafiq reaksiya törətməyə qadirdir. Bu özəllik həyati təzahürlərdən biri olub, qıcıqlanma adlanır.

Sinir sisteminin ilk elementlərinə bağırsaqboşluqlularda təsadüf edilir. Bunlardan başlayaraq sinir sistemi tədricən
təkamül etmiş, mürəkkəbləşmiş və onurğalılarda, xüsusilə insanda yüksək inkişaf dərəcəsinə çatmışdır. İbtidai
canlılarda qıcıq qəbuledici özəl törəmələr yoxdur, bu vəzifəni həmin canlıların vücudunu təşkil edən protoplazma
ifa edir. Örnək olaraq birhüceyrəlilərdən amöb hər bir qıcığa (kimyəvi, mexaniki, istilik, elektrik, işıq və s.)
qarşı hərəkət edərək, ya qıcıq qaynağına yaxınlaşır, ya da ondan uzaqlaşır.

Sinir toxumasını, əsasən, neyronlar və peyk hüceyrələri təşkil edir. Ətraf mühitdən qıcığın qəbul edilib ona qarşı
cavab reaksiyasının verilməsi neyronlar vasitəsilə həyata keçirilir və bu proses refleks adlanır. Refleksin
yaranmasında, adətən, hissi, ara və hərəki neyronlar iştirak edir. Hissi neyronlar impulsları duyğu orqanlarından
mərkəzi sinir sisteminə, hərəki neyronlar isə mərkəzi sinir sistemindən işçi orqanlara çatdırır. Ara neyron hissi
və hərəki neyronlar arasında əlaqə yaradır.

10.


sekil

Cinsiyyət sistemləri

Cinsiyyət sistemi -> Çoxalmaq funksiyasını yerinə yetirən sistemdir. İnsanın cinsiyyət hüceyrələri də
əksər canlılarda olduğu kimi erkək və dişi cinsiyyət vəzilərində, yəni toxumluqlar və yumurtalıqlarda əmələ gəlir.

Kişi cinsiyyət sistemi xayalardan (toxumluqlardan), xayalıqlardan onların qişası və axacaqlarından, cinsiyyət
artımı vəzilərindən (toxum kisəcikləri və prostat vəzi) və cinsiyyət üzvündən ibarətdir. Xayalarda
spermatozoidlər və kişi cinsiyyət hormonları hazırlanır. Prostat vəzi spermatozoidlərin hərəkətini aktivləşdirən
maddə ifraz edir. Cinsiyyət üzvü spermanı (spermatozoidlə prostat vəzinin ifraz etdiyi mayenin qarışığı) və sidiyi
xaricə çıxarmaq üçündür. Xayaların və artım vəzilərinin axacaqları sidik kanalına açılır.

Qadın cinsiyyət orqanları daxili və xarici olmaqla iki yerə bölünür. Daxili orqanlara
yumurtalıqlar, uşaqlıq boruları, uşaqlıq, uşaqlıq boynu və uşaqlıq yolu aiddir. Yumurtalıqlarda follikullarda
yumurtahüceyrə inkişaf edib, uşaqlıq borusuna düşür və burada tam yetişir. O, uşaqlıq borusu ilə uşaqlığa tərəf
hərəkət edir. Mayalanma və rüşeymin ilkin inkişafı uşaqlıq borusunda baş verir. Uşaqlıqda isə yeni orqanizmin
inkişafı davam edir.